
Ötən ilin avqustunda cəbhə xəttindən Azərbaycan tərəfə keçən Ermənistan ordusunun hərbi qulluqçusu Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib.
Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərinə görə, bu barədə əsgərin qardaşı Arutyun açıqlama yayıb.
Onun sözlərinə görə, ötürülmə haqda qohumlara Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisindən avqustun 28-də xəbər verilib. Qurumdan məsələ barədə əlavə heç nə deyilməyib.
Qeyd edək ki, İnciqulyanın özü də ölkəsində təqib ediləcəyi qorxusu altında üçüncü ölkəyə təhvil verilməsini istəmişdi.
Qaynar.info