
Azərbaycan tərəfi, işğal olunmuş ərazilərdə 4 gün davam edən döyüş əsnasında məhv edilən erməni hərbçisinin meyidini bu gün qarşı tərəfə təslim edəcək.
Qaynarinfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə qondarma DQR-in əsir və itkin düşənlər üzrə dövlət komissiyasının rəhbəri Viktor Koçaryan məlumat yayıb.
Məhv edilən hərbçinin adının Arqişti Qaboyan olduğu bildirilir. Ermənistan Müdafiə Nazirliyi itkin düşmüş bu şəxsin kapitan olduğunu 1 həftə əvvəl qeyd edib.
Qaynarinfo.az