Xəbər lenti

Azərbaycan ermənilərin bu filminə qarşı nə etməlidir? -  AKİ-nin açıqlaması
Sənət 15:14 20.11.2023

Azərbaycan ermənilərin bu filminə qarşı nə etməlidir? -  AKİ-nin açıqlaması

"Xarici rejissorlara Qarabağla bağlı filmlər sifariş etməliyik".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifqının katibi Əli İsa Cabbarov Qarabağda itkin düşən, bir ildən sonra sümükləri tapılan erməni əsgəri haqda çəkilən filmin İDFA film festivalında baş mükafatı qazanmasından danışarkən deyib. 
 
Əli İsa Cabbarov bu istiqamətdə filmlərin çəkilməyinin vacibliyini vurğulayıb:



"Belə hallar tez-tez ola bilər. Amma biz bunu qabaqlaya bilməliyik. Biz özümüz film çəkməklə yanaşı, xarici sənədli film ustalarına Qarabağla bağlı filmlərin çəkilməsi üçün sifariş verməliyik. Bununla yanaşı, Azərbaycana qarşı qərəzli filmlər olan festivallarda mütləq azərbaycanlı jurnalist və kinematoqrafçılar iştirak etməli və yerində təkzib verməlidirlər".

Əli İsa Cabbarov problemin həlli yolunu belə izah edib:

"Azərbaycan Kinematoqrafçılar İttifaqı Ermənistanın Qarabağdan bəhs edən filmləri ilə bağlı bütün məlumatları araşdırmalı və onları təhlil edəcək”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->