Xəbər lenti

Azərbaycan-Ermənistan ortaq televiziyası fəaliyyətə başlayacaq - Sülh TV
Ölkə08:34 05.11.2013

Azərbaycan-Ermənistan ortaq televiziyası fəaliyyətə başlayacaq - Sülh TV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan-Avropa təşkilatı tərəfindən həyata keçilən layihə çərçivəsində sülhlə bağlı filmlər çəkilib yayımlanacaq

Azərbaycan və Ermənistan gənclərinin birgə layihəsi olan televiziya fəaliyyətə başlayacaq. Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ANS PRESS-ə müsahibəsində Sülh TV adlanan televiziyanın internet üzərindən yayımlanacağını bildirib.

"Layihə Amerikanın "German Marşal" fondunun maliyyə dəstəyi ilə Azərbaycan-Avropa təşkilatı tərəfindən həyata keçilir. Layihə çərçivəsində sülhlə bağlı filmlər çəkiləcək və Sülh TV-də yayımlanacaq."

R.Hacılı layihə çərçivəsində Ermənistan-Azərbaycan-Gürcüstan və Türkiyə Avropa hərəkatlarının əməkdaşlıq etdiyini deyir: "Bu layihəyə Ermənistan Avropa Hərəkatı, Türkiyə Avropa Hərəkatı, Gürcüstan Avropa Hərəkatı ilə birlikdə Beynəlxalq Avropa Hərəkatı da qoşulur".

Azərbaycan Avropa Hərəkatının prezidenti Türkiyə tərəfinin sülh danışıqlarına ilk dəfə cəlb edildiyini qeyd etdi: "Biz ilk dəfə olaraq sülh danışıqları prosesinə Türkiyə tərəfini qoşmuşuq. Hansıki Azərbaycan dövləti müxtəlif danışıqlar prosesinə, o cümlədən ATƏT-in Minsk qrupuna Türkiyənin qoşulmasına maraqlı olduğunu dəfələrlə bəyan edir. Biz bunu edən ilk təşkilatıq. Məgər bu Azərbaycanın dövlət maraqlarına xidmət deyilmi?"


Qaynar.info