Xəbər lenti

Azərbaycan əsgəri bıçaqlandı (ÖZƏL-YENİLƏNİB)
Ölkə14:53 28.03.2013

Azərbaycan əsgəri bıçaqlandı (ÖZƏL-YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sərhəd Xidmətində bıçaqlanan hərbiçinin adı məlum oldu. 

O, Gədəbəy rayonu Zamanlı kənd sakini, 1994-cü il təvəllüdlü Surət Məmmədovdur. Bu barədə "bizimyolinfo.com" saytına Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin həkimi Şəmsəddin Bünyadov məlumat verib. O, hərbiçinin bıçaqlandığını təsdiqləyib. "Cərrahlar hərbiçinin döş qəfəsin açıblar, görüblər qarın boşluğundan qan gəlir, bağlayıblar, Bakıya göndəriblər. Ona qarın və döş boşluğunu dəlib keçən iti alət yarası diaqnozu qoyulub"- Ş.Bünyadov bildirib.

______

17:43

“Azadlıq”a daxil olan məlumata görə əsgər dünyasını dəyişib. Ölüm xəbərini başqa mənbələrlər dəqiqləşdirmək mümkün olmayıb. 

Diaqnostika Mərkəzinin rəhbəri Qeyrət Xəlilov bizimlə söhbətində bildirdi ki, Bakıdadır, buna görə də heç nə deyə bilməyəcək. Qeyrət Xəlilov reanimasiya şöbəsinin müdiri Qələmşah Əkbərovla əlaqə saxlamağımızı məsləhət gördü. 

Reanimasiya şöbəsinin müdiri xəbəri eşidən kimi əsəbləşdi: “Bayaq da iki nəfər mənə zəng etmişdi. Mən informasiya agentliyi deyiləm. Mən o işlə məşğul deyiləm. Vallah bilmirəm, Allah haqqı bilmirəm. Mənim səmimiyyətimə inanın, bu işlə məşğul deyiləm. Sənin başına dönüm, məni narahat eləmə, bu dəqiqə əməliyyata gedirəm”.

_________

17:13

Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən “N” saylı hərbi hissədəki əsgər bıçaqlanmasının yeni təfərrüatları məlum olub. 

Qaynar.info-ya daxil olan yeni məlumata görə, adı hələlik məlum olmayan  əsgər xidməti  borcunu yerinə yetirərkən qanunsuz yolla sərhədi keçmək istəyən narkotik daşıyıcısı və ya daşıyıcıları ilə əlbəyaxa olub. Əsgərin məhz  sərhəd pozucusu tərəfindən  bıçaqlandığı bildirilir.

__________

16:06

Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinin əsgərlərindən biri döyülərək bıçaqlanıb. 

Qaynar.info-ya daxil olan məlumata görə, hələlik adı və soyadı məlum olmayan əsgər bir neçə saat əvvəl ağır vəziyyətdə Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinə çatdırılaraq əməliyyat olunub. Hazırda əsgər əməliyyatdadır. 

Onun durumu barədə məlumat verilmir.

Olayla bağlı DSX-nin mətbuat xidməti ilə əlaqə saxlasaq da, məlumatı nə təsdiq, nə də təkzib etdilər. 

Qaynar.info