Xəbər lenti

Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq
Ölkə13:31 13.12.2020

Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda təsəlliverici görüşə çıxıb.
Qaynarinfo xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtçyana 9:0 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Əzizli axşam seansında medal üçün qırğız Balbay Dordokovla mübarizə aparacaq.
Qeyd edək ki, İslambek Dadov (67 kq) bu gün final görüşündə Rusiya təmsilçisi Nazir Abdullayevin müqavimətini qırmağa çalışacaq.