Xəbər lenti

Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
İdman 20:30 19.11.2025

Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qaynarinfo-nun məlumatına görə, idmançı finalda Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş, Elnura Mammadova (50 kq) bürünc medal qazanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->