Xəbər lenti

Azərbaycan həkimlərinin 2 ay vaxt qoyduqları xəstəni türkiyəli həkimlər sağaltdı
Ölkə15:44 04.03.2018

Azərbaycan həkimlərinin 2 ay vaxt qoyduqları xəstəni türkiyəli həkimlər sağaltdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda həkimlərin ürək əməliyyatı etməyin riskli olduğunu dedikləri və 2 ay vaxt qoyduqları 50 yaşlı azərbaycanlı Rəsmiyyə Vəliyeva Türkiyədə müvəffəqiyyətlə əməliyyat olunaraq sağalamlığına qovuşub.
Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, o, bu barədə özü məlumat verib.
Ərzincan Mengücek Qazi Təhsil və Araşdırma Xəstəxanasında əməliyyat olunan 50 yaşlı azərbaycanlı vəziyyətinin yaxşı olduğunu bildirib:
"Türkiyədəki tanışlarımız vasitəsilə ürəyimin anjiyosunu Dr. Alper Onka göndərdik. Sonra özü bizi Türkiyəyə dəvət etdi. Dəvəti üzrə Ərzincana gəldim və əməliyyat olundum. Əməliyyat çox gözəl keçdi və sağlamlığıma qovuşdum. Ölümün bir addımlığından məni türkiyəli həkimlər xilas etdi".
R.Vəliyevanın bacısı Şəlalə Əhmədova isə, "Azərbaycanda qalsaydıq bəlkə də onu itirmişdik", deyib.