
Azərbaycanda hərbçi qətlə yetirilib.
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sumqayıtın “Yaşıl Dərə” bağlar massivində qeydə alınıb.
Orada yaşayan, 1990-cı il təvəllüdlü Mehman Arif oğlu Abdullayev yeznəsi, 1981-ci il təvəllüdlü Şahin Natiq oğlu Əliyev tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.