Xəbər lenti

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirildi
Ölkə16:48 08.07.2021

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə Qaynarinfo-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanovun cari ilin birinci yarımilində görülmüş işlər barədə hesabatı dinlənilib.
Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və "AzerGold” QCS-lərin diaqnostikasının nəticələri və digər cari məsələlər müzakirə olunub.