Xəbər lenti

Azərbaycan, İran və Şimali Kipr iş adamları arasında mövcud əlaqələr müzakirə olundu
Ölkə19:53 18.07.2023

Azərbaycan, İran və Şimali Kipr iş adamları arasında mövcud əlaqələr müzakirə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şimali Kipr Türk Respublikasının Ticarət Palatasının prezidenti Turqay Dəniz və İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Hüseyn Səlahvarzi ilə görüşüb.
Bu barədə  KOBİA-dan bildirilib.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində baş tutan görüşdə iş adamları arasında mövcud əlaqələrə və əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.