Azərbaycanda istehsal edilən yerli pilotsuz uçuş aparatları Bakıda keçiriləcək "Texnofest-2022" festivalıında nümayiş olunacaq. Hazırda həmin dronların təkmilləşdirilməsi istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya Parkında işlər davam edir.
Elm və Texnologiya Parkının pilotsuz uçuş aparatları üzrə baş mütəxəssisi Nadir Babaxanov deyib ki, sözügedən dronlar vasitəsilə həm şumluq sahənin, həm də bitki örtüyü olan yerlərin monitorinqini aparmaq mümkündür.
Bu texnologiya sayəsində ilk növbədə torpağın münbitliyi qorunacaq və məhsuldarlıq artacaq.
Qeyd edək ki, "Texnofest" Türkiyənin ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalıdır. İndiyədək 4 dəfə keçirilmiş festivalda bu dəfə iştirak etmək üçün 111 ölkədən 44 min 912 komanda və 200 min nəfər müraciət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
<iframe width="662" height="371" src="https://www.youtube.com/embed/Bi9cE0Kr61E" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">