Xəbər lenti

Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq
Ölkə09:11 21.02.2020

Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün növbəti addım atıb.
Qaynarinfo xəbər verir ki, iki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb. 
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə"ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və "Leonardo S.p.A"nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.
Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb.
Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başlayıb.