Xəbər lenti

Azərbaycan jurnalistikasına ağır itki (FOTO)
Ölkə07:15 07.06.2022

Azərbaycan jurnalistikasına ağır itki (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.
Qaynarinfo xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi, 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.
"Media açarı-2006"ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü idi.
2010-cu ildə Əməkdar jurnalist fəxri adı, 2019-cu ildə III dərəcəli "Əmək" ordeni ilə təltif edilib.