Xəbər lenti

Azərbaycan kişiləri necə qadınları sevir? - SORĞU
Ölkə10:17 15.07.2016

Azərbaycan kişiləri necə qadınları sevir? - SORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir həqiqət var ki, kişilər ilk baxışda qadınları görünüşü ilə bəyənirlər. Bu hal təbii ki, zaman keçdikcə, tanıma prosesi davam etdikcə dəyişir. 

Hər kişinin bəyəndiyi, arzuladığı qadın obrazı fərqlidir. Maraqlıdır, bəs Azərbaycan kişiləri necə qadınları xoşlayır?

"Qaynarinfo.Az" bu sualı tanınmış azərbaycanlı kişilərə ünvalayıb. Cavablar isə olduqca maraqlı olub.

Aparıcı Cavid Gül: "Boyu 160-175 arası xanımları bəyənirəm. Saç rəngi fərq etməz. Baxımlı, bədən quruluşu gözəl, normal xasiyyətli və şirin xanımları xoşlayıram".

Müğənni Namiq Qaraçuxurlu: "Saç rəngi tünd olmayan xanımları bəyənirəm. Məncə xanım nə çox arıq, nə də çox kök olmamalıdır".

Aparıcı Elgiz Əkbər: "Ağıllı, intelektual, səviyyəli xanımları bəyənirəm. Eyni zamanda ev işlərini bacaran, baxımlı və tərbiyəli xanım olmalıdır".

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid: Klassik ədəbiyatda deyildiyi kimi qadının gərək dəhanından dürr, üzündən nur tökülə. Ağıllı,gözəl qadınlığı ilə göz oxşayan, qapqara uzun saçları, ağappaq dişləri olan, orta boylu, xanımları sevirəm. 

"Bozbash Pictures"in Fəlakəti Elşən Orucov: "Mənə sarışın, əsmər fərq eləmir. Əsas odur ki, gözəl və arıq olsun".

"Şəbəkə" verlişinin aparıcısı Rahil Sayadoğu: "Ümumiyyətlə azərbaycanlı kişilərdən soruşanda ki, "necə qadınları bəyənirsiniz?", onların beynində iki variant yaranır: "Biri var kənardan baxıb bəyəndiyim, yaxud gəzib dolaşdığım, vaxt keçirdiyim qızlar. Biri də var ailə quracağım insan. Bu iki həyat roluna görə kişilərin təsəvvüründə qadınların tipi dəyişir. Özümü misal çəkə bilərəm. Ümumi anlamda hündürboylu, gözləri alov saçan, uzun saçlı, bədən ölçüləri diqqətçəkən xanımları çox bəyənirəm. İstisna hal kimi Şakira variantı da var. O qadına 5-6 dəqiqə baxanda depressiyaya düşürəm. Amma həyat yoldaşım kimi görmək istədiyim, bəyəndiyim qadın tipi başqadı. Orta boylu, heyranedici dərəcədə gözəl olmayan (yəni normal dərəcədə xoş görünüşü kifayətdi), biraz buruqsaçlı (dalğalı saçlı da olar) xanıma həyatımı verərəm. Çəkisi də boyuna görə olsun. Yəni kənardan kök kimi görünməsin. Amma çox arıq da olmasın".

Zümrüd

Qaynarinfo.Az