Xəbər lenti

Azərbaycan klubları pulsuzluqdan qan ağlayır: Rüsum azaldılsın!
İdman10:58 09.06.2016

Azərbaycan klubları pulsuzluqdan qan ağlayır: Rüsum azaldılsın!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Martda legioner rüsumunun azaldılmasına dair tövsiyə xarakterli qərarımız AFFA İcraiyyə Komitəsində qəbul olunmamışdı. Bu gün isə demək olar ki, müzakirələr bu məsələ ətrafında oldu". Qaynarinfo.az xəbər verir ki, bunu AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bugünkü iclasdan sonra jurnalistlərə açıqlamasında deyib. 
O bildirib ki, az əvvəl yekunlaşan toplantıya PFL prezidenti Ramin Musayev də dəvət edilib: "Klublar adından R.Musayevdən xahiş edirik ki, bu məsələni AFFA İcraiyyə Komitəsində bir daha qaldırsın. Demirik ki, rüsum tam yığışdırılsın. Amma azaldılmalıdır. Ramin Musayevlə bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək. Legioner rüsumunun 5 min manata endirilməsini təklif etmişik". 
Azərbaycan futbolunun çətin vəziyyətə düşdüyünü deyən F.Hüseynovun sözlərinə görə, artıq hər şey göz qabağındadır: "Bütün klubların vəziyyəti pisdir deməzdim, amma zəifləyiblər. 3-5 il əvvəl hər şey yaxşı idi. Legioner rüsumu ilə bağlı heç bir problem olmurdu. Ancaq indi hər şey göz qabağındadır". 
Bugünkü iclas Premyer Liqanı tərk edən "Rəvan" və "Xəzər Lənkəran" üçün sonuncu olub. KK sədrinin fikrincə, onları toplantıya dəvət etməmək ən azı etik baxımdan düzgün olmazdı: "Bu klubların təkliflərinə qulaq asdıq, müzakirə etdik və onlarla sağollaşdıq".
Elitada cəmi 8 komandanın qalmasının yaxşı hal olmadığını deyən F.Hüseynov növbəti mövsümə bu qədər klubla başlayacaqları halda, qitədə 4-cü ölkə olacaqlarını xatırladıb. "CBC Sport" telekanalının yayım haqqı olaraq, "Rəvan"ın pulunu ödədiyini deyən KK sədri qalan klubların AFFA-ya olan borcla hesablaşdığını söyləyib.
Qeyd edək ki, indiki halda AFFA klublardan hər legioner transferinə görə 20 min manat alırdı.
Qaynarinfo.az