
Məşhur braziliyalı futbolçu Ronaldinyo Bakıya gəlib. Qaynsrinfo.Az xəbər verir ki, ulduz oyunçu öz “Instagram” səhifəsində paytaxtımızdan şəkil paylaşıb və “Bakıda şounun ilk günü” yazıb.
Məlumata görə, braziliyalı futbolçu “Qəbələ” klubunun dəvəti ilə paytaxtımıza təşrif buyurub. Bu barədə sportbox.az saytı məlumat yayıb. Bildirilir ki, Ronaldinyonun “qımızı-qaralar”la müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, 36 yaşlı son olaraq 2015-ci ildə “Fluminese”nin fomrasını geyinib və 7 matçda iştirak edib. O, hazırda Hindistanın “Qoa” mini-futbol klubunda çıxış edir.

Qaynarinfo.Az