Rusiyanın paytaxt polisi Moskvanın mərkəzində Azərbaycan konsulunun döyülməsi haqqında məlumatı araşdırır.
Qaynar.info Trend-ə istinadən bildirir ki, bu barədə REN TV-yə şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Hal-hazırda Azərbaycanın Rusiyadakı səfirliyində məlumat araşdırılır.
* * *
Virtualaz.org Rusiyanın LifeNews telekanalına istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Taksidə konsulluğun əməkdaşı ilə sürücü arasında mübahisə düşüb. Sonradan mübahisə edənlər avtomobildən eniblər və yolun kənarında taksi sürücüsü adı açıqlanmayan azərbaycanlıya hücum edib. Hadisə şahidləri polis və təcili yardım çağırıblar.
* * *
Virtualaz.org Rusiyanın LifeNews telekanalına istinadən xəbər verir ki, ötən gecə Moskvada Azərbaycan konsulluğunda işlədiyini deyən şəxsi döymüş taksi sürücüsü saxlanılıb. Məlumatda bildirildiyinə görə, bu şəxs 31 yaşlı Haybula Hacıyevdir.
Qaynar.info