Xəbər lenti

Azərbaycan korrupsiyaya görə neçənci yerdərir - SİYAHI
Ölkə09:10 03.12.2013

Azərbaycan korrupsiyaya görə neçənci yerdərir - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2013-ci il Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. 

Qaynar.info saytı xəbər verir ki, Bu il indeksdə Azərbaycan 28  balla 177 ölkə arasında 127-ci sırada yer alıb. Son iki ildə İndeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, ötən ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.

Ötən il Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada göstərilmişdi. 2013-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.

Azərbaycan İndeksə daxil edildiyi dövrdən  (2000-ci ildən) bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır. Bunun əsas səbəbi isə iqtisadi göstəricilərlə bağlıdır. Belə ki, Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyib. Əgər 2011-2012-ci illər üzrə hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci sırada yer almışdısa, bu il mövqelərini yaxşılaşdıraraq, 144 ölkə arasında 46-cı sıraya yüksəlmişdir. Keçən illə müqayisədə Azərbaycanın ən yaxşı artım göstəricisi ticarət bazarı, innovasiya potensialı, texnoloji səviyyə, makroiqtisadi sabitlik göstəricisiləri üzrə qeydə alınıb. Bütün bu məqamlar dolayısı ilə KQİ-də ölkənin göstəricisinin artmasına gətirib, çıxarıb. İndeks hazırlanarkən istinad olunan mənbələrdən digəri Freedom House təşkilatının  2013-cü il üzrə Nations in Transit İndeksində isə ölkənin göstəricisi aşağı düşüb.

MDB regionunda ən yaxşı göstərici Gürcüstana məxsusudur. 49 balla qiymətləndirilən Gürcüstan ümumi sıralamada 55-ci sıradadır. (geriləyib) Moldova  35 xalla 102-ci sırada yer alıb. Belarus 29 balla 123-cü sıradadır. Rusiya ilə Azərbaycanın topladığı xallar və siyahıda sıralaması eynidir. Qazaxıstan isə 26 xalla 140-cı mövqedədirlər. Ermənistan 36 balla 94-cü yerdədir.  Digər ölkələrin göstəriciləri isə aşağıdakı kimidir.

Qaynar.info