Xəbər lenti

Azərbaycan Kuboku: "Qəbələ" və "Araz-Naxçıvan" 1/4 finala adlaya biləcəkmi?
İdman06:38 19.12.2023

Azərbaycan Kuboku: "Qəbələ" və "Araz-Naxçıvan" 1/4 finala adlaya biləcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, əvvəlcə "İrəvan" "Araz-Naxçıvan"ı qəbul edəcək. Günün ikinci matçı Qəbələ şəhər stadionunda keçiriləcək.  Bölgənin eyniadlı təmsilçisi doğma meydanda "İmişli"ni qəbul edəcək. 
Azərbaycan Kuboku
1/8 final
13:00. "İrəvan” – "Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
"ASK Arena” ("CBC Sport”/canlı)
16:00. "İmişli” – "Qəbələ”
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu ("CBC Sport”/canlı)
Ötən gün keçirilən qarşılaşmalardan sonra "Sabah" və "Sumqayıt" 1/4 finala yüksəlib. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.
Səbuhi Həsənov