Xəbər lenti

Azərbaycan Mədəniyyət Ocağının sədri vəfat etdi (FOTO)
Ölkə06:16 24.12.2021

Azərbaycan Mədəniyyət Ocağının sədri vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Danimarkanın Arhus şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının sədri Kərim Urmulu uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib. 
O, Kərim Urmulunun 1986-ci ildən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağına rəhbərlik etdiyini bildirib. Danimarkada Azərbaycan diasporunun təşkilatlanmasında, soydaşlarımızın birliyinin yaranmasında,  Ermənistanın təcavüzkar siyasətinin çatdırımasında əvəzsiz xidmətlər göstərib. 
Qeyd edək ki, Kərim Urmulu əslən Güney Azərbaycandandır. 2006-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü olub.