Xəbər lenti

“Azərbaycan, məhbusları azad et”
İdman08:13 17.05.2016

“Azərbaycan, məhbusları azad et”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Formula 1 rəhbərliyi Azərbaycan hökumətini haqsız yerə həbsə atılmış fəalları və jurnalistləri Avropa Qran Prisi öncəsi azadlığa buraxmağa çağırmalıdır”. Bu bəyanatla mayın 17-də Hüquqlar Uğrunda İdman Koalisiyası çıxış edib.

İyunun 17-19-da Azərbaycanda Formula 1 yarışları keçiriləcək. “Formula 1 rəhbərliyinin əlində bir fürsət var ki, Azərbaycan hökumətini bu yarışlardan öncə insan haqlarının yaxşılaşdırılması naminə konkret addımlara çağırsın”, Human Rayts Voç insan haqları təşkilatından Ceyn Buçanan deyib.

Hüquqlar Uğrunda İdman Koalisiyası özündə beynəlxalq insan haqları qruplarını birləşdirir, Azərbaycanda insan haqlarının durumuna diqqət çəkmək məqsədilə yaradılıb.

Ancaq hakimiyyət təmsilçiləri insan haqları pozuntularına dair tənqidləri qəbul etmir, ölkədə bütün təməl haqların qorunduğunu bildirir. // azadliq.org

Qaynarinfo.az