Xəbər lenti

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq
Ölkə12:02 28.11.2013

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın futbol üzrə yığma komandalarının rəqibləri məlum olub.

Qaynar.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 4-cü qrupda Slovakiya, Macarıstan və Ermənistan komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək.

Bu gün İsveçrənin Nyon şəhərində, həmçinin 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 10-cu qrupda Belçika, İsveçrə və Bosniya və Herseqovina komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2014-cü il oktyabrın 23-dən 28-dək Belçikada keçiriləcək.

Qaynar.info