Xəbər lenti

Azərbaycan millisi Fransaya da uduzdu - Avropa çempionatı
İdman18:41 25.08.2021

Azərbaycan millisi Fransaya da uduzdu - Avropa çempionatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında növbəti oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv A qrupu çərçivəsində Fransa yığması ilə qarşılaşıb. Oyun Azərbaycan voleybolçularının növbəti məğlubiyyəti ilə bitib.
Azərbaycan yığması Avropa çempionatında Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya uduzub. Bütün oyunlar 0:3 hesabı ilə başa çatıb. Beləcə, komanda qitə birinciliyini qrup sonuncusu kimi bitirib.
Avropa çempionatı
25 avqust
A qrupu
Azərbaycan – Fransa 1:3 (19:25, 28:26, 11:25, 18:25)