Xəbər lenti

Azərbaycan millisinin futbolçusu sənəd problemi ilə üzləşdi
İdman16:56 02.02.2020

Azərbaycan millisinin futbolçusu sənəd problemi ilə üzləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində daha bir dəyişiklik edilib.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, Nuğay Rəşidov Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına qatılmayıb.
Buna futbolçunun sənədindəki problem səbəb olub. "Qəbələ" klubundan toplanışa dəvət olunmuş Rəşidovun pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün komanda ilə birgə səfərə yollana bilməyib. 
Pasportun yenilənməsinin vacibliyi barədə milli komandanın inzibatçısı tərəfindən futbolçuya bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, oyunçu yeni sənəd almayıb.