
Futbol üzrə Türkiyə Super Liqasında XV turun oyunları keçirilib.
Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" da növbəti matçına çıxıb. “Ağ-yaşıllar” doğma meydanda "Antalyaspor"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətdə başlayan Yılmaz 89-cu dəqiqə sarı vərəqə alıb və sona qədər mübarizə aparıb.
Qeyd edək ki, "Bursaspor" hazırda 27 xalla 18 klub arasında V pillədə qərarlaşıb.