Xəbər lenti

Azərbaycan millisinin üzvü Cənubi Koreyada ilk qolunu vurdu (VİDEO)
Ölkə15:50 26.04.2023

Azərbaycan millisinin üzvü Cənubi Koreyada ilk qolunu vurdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreya çempionatında IX tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tedjon Xana Sitizen” səfərdə "Çonbuk Motors”a qalib gəlib - 2:1.
24 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 51-ci dəqiqədə matçda hesabı açıb. Bu, Krivotsyukun Cənubi Koreya çempionatında ilk qolu olub.
"Tedjon Xana Sitizen” hazırda 17 xalla 3-cü pillədə qərarlaşıb.