Xəbər lenti

Azərbaycan müxalifətçiləri erməni otelində - İlginc açıqlama
Ölkə14:01 30.07.2013

Azərbaycan müxalifətçiləri erməni otelində - İlginc açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nersesyan Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqə saxlayır.

Tiflisin mərkəzində yerləşən “Vera Palace” otelində Milli Şurada təmsil olunan bir sıra müxalifət partiyaları rəhbərlərinin və funksionerlərinin Rüstəm İbrahimbəyovla görüşünə hazırlıq gedir. 

APA xəbər verir ki, Bakı vaxtı ilə 18.30-da başlayacaq görüşdə Müsavat başqanı İsa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev və başqaları iştirak edəcəklər.

Məlumata görə “Vera Palace” oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A.Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib.

Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir./apa.az/

Minval.az-ın məlumatına görə, otel milliyyətcə gürcü Manana Şaraçidzeyə məxsusdur, direktoru isə Serqo Kapanadzedir.