Xəbər lenti

Azərbaycan neçə erməni hərbçinin qalıqlarını təhvil verib?
Ölkə 14:14 30.06.2026

Azərbaycan neçə erməni hərbçinin qalıqlarını təhvil verib?

Azərbaycan 2020-ci ilin noyabr ayından etibarən heç bir qisasçılıq hissi güdmədən döyüş meydanında tapılmış 2 mindən artıq erməni hərbçinin qalıqlarını qarşı tərəfə təhvil verib.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq Konfransda çıxışında bildirib.

Nazir müavininin sözlərinə görə, hərbçilərimiz bu axtarışları çətin hava şəraitində və yüksək mina təhlükəsi altında həyata keçiriblər.
--> -->