Azərbaycan xarici işlər nazirliyi Culfa rayonunda yerləşən 44 metr mübahisəli ərazinin İran tərəfinə verilməsi barədə İran mətbuatında yayılmış xəbərlərə şərh verib.
Anspress-in məlumatına görə, Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu məsələ ilə bağlı heç bir məlumatı olmadığını bildirib. Lakin Elman Abdullayev Azərbaycanın heç kimə bir qarış torpaq verməyəcəyini bildirib.
Qeyd edək ki, dunən bir sıra İran KİV-i Azərbaycanın Culfa rayonunda yerləşən 44 metr mübahisəli ərazinin İrana verməsi barədə məlumat yaymışdı.
Qaynar.info