Xəbər lenti

Azərbaycan olimpiya çempionlara sərvət, İngiltərə isə sadəcə “thank you” verir… - VİDEO
İdman12:32 19.08.2016

Azərbaycan olimpiya çempionlara sərvət, İngiltərə isə sadəcə “thank you” verir… - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Olimpiya oyunları bir çox ölkələrin idmançılar üçün sərvət deməkdir. Bu mövzuda daha çox şanslı olan isə asiyalı idmançılardır.

“A24.az” xəbər verir ki, Olimpiyadalarda qızıl medal qazanan idmançılara ən səxavətli davranan Sinqapurdur. Sinqapurlu idmançılar qızıl medal qazandıqda adam başına 753 min dollar pul mükafatı alır. İndoneziya ödədiyi 383 min dollarla ikinci sıradadır. Azərbaycan isə 255 min dollarla üçüncü sırada yer alır.

Olimpiya Oyunlarında ən cömərt davranan ölkələrdən biri isə İrandır. Çempion olan iranlı idmançılar 300 qızıl pul, 40 min dollar dəyərində qızıl ayaqqabı və böyük ərazilər kimi mükafatlara layiq görülürlər.

Lakin idmançıların qazandıqları uğura ən simic yanaşan ölkələr isə İsveç və İngiltərədir. İngiltərə çempionlara təşəkkür edir, İsveç isə sadəcə oyunların simvolunu hədiyyə edir.

“A24.az” mövzu ilə bağlı videosüjeti təqdim edir: