
Azərbaycan oktyabrın sonlarında Vyanada keçiriləcək OPEK-in Əlcəzair müqaviləsinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli komitəsinin iclasına rəsmi dəvət alıb.
Bu barədə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan dəvəti qəbul etmək və iclasda iştirak etmək niyyətindədir: "Dəvət bu gün göndərilib. Bu, OPEK ölkələri nazirlərinin və təşkilata daxil olmayan istehsalçıların profil görüşü olacaq. İclas oktyabrın 28-31-də keçiriləcək. Bizim mövqeyimizə gəlincə, Azərbaycan iştirak etmək niyyətindədir".