Xəbər lenti

Azərbaycan Ordusu 60 min heyəti ayağa qaldırır: 50-dən çox təyyarə, 150 tank
Ölkə09:17 03.11.2016

Azərbaycan Ordusu 60 min heyəti ayağa qaldırır: 50-dən çox təyyarə, 150 tank

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.
Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.
Qaynarinfo.Az