Xəbər lenti

Azərbaycan Ordusu erməni nazirin helikopterini atəşə tutdu - ŞOK
Ölkə09:06 20.05.2013

Azərbaycan Ordusu erməni nazirin helikopterini atəşə tutdu - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən saat 11 radələrində Ermənistanın müdafiə naziri Seyran Ohanyan helikopterlə Noyemberyan rayonundakı hərbi hissəyə gedib.

Musavat.com-un məlumatına görə, Tavuş vilayətinin sakinlərini Aravot.am-a bildiriblər ki, sərhəddə Azərbaycan Silahlı Qüvvələri erməni naziri aparan və aşağı hündürlükdə uçan helikopteri atəşə tutublar.

Seyran Ohanyan mayın 15-də Noyemberyanda əsgərin ölümü ilə nəticələnən insidenti araşdırmaq üçün hərbi hissəyə gedibmiş və təxminən iki saat sonra helikopterlə İrəvana qayıdıb.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Rvannisyan Azərbaycan tərəfin Seyran Ohanyanın helikopterini atəşə tutması ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib: "Helikopterdə güllə izləri yoxdur".

Qaynar.info