Xəbər verdiyimiz kimi düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası Azərbaycan ordusu tərəfindən qənimət götürülüb.
Qaynarinfo xəbər verir ki, AzTV-nin cəbhə bölgəsinə ezam olunmuş müxbiri bildirib ki, onlar arasında Ermənistan ordusunun yüksək rütbəli zabitinə məxsus olduğu ehtimal edilən "Pikap” tipli avtomobil də var:
"Həmin avtomobil arxadan vurulub. Bu da onu göstərir ki, həmin erməni zabit öz döyüşçülərini postda qoyub və qaçıb. Lakin Azərbaycan ordusunun hərbçiləri həmin avtomobili arxadan vuraraq ələ keçiriblər”.
<iframe src="https://player.baku.tv/embed/25682" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">