Xəbər lenti

Azərbaycan Ordusu Naxçıvanda təlimlər keçirəcək
Ölkə08:55 15.05.2020

Azərbaycan Ordusu Naxçıvanda təlimlər keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb ediləcəyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetiriləcək.