Xəbər lenti

Azərbaycan Ordusu Qırmızı Bazarda mülki əhalini və obyektləri atəşə tutub? (RƏSMİ)
Ölkə11:22 10.01.2022

Azərbaycan Ordusu Qırmızı Bazarda mülki əhalini və obyektləri atəşə tutub? (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır".
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb: "Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur".