Xəbər lenti

Azərbaycan Ordusu S-300 “Favorit” kompleksləri ilə məşqlərə başladı (VİDEO)
Ölkə11:33 13.04.2020

Azərbaycan Ordusu S-300 “Favorit” kompleksləri ilə məşqlərə başladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib. 
S-300 "Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq, marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.
Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.