Xəbər lenti

Azərbaycan ordusu üçün yeni texnika - Nazirdən açıqlama
Ölkə11:22 18.04.2016

Azərbaycan ordusu üçün yeni texnika - Nazirdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Biz nəzərdə tutumuşuq ki, ilin sonuna qədər 5 yeni zirehli maşın istehsalını həyata keçirək".

Qaynarinfo.az xəbər verir ki, bunu ANS-ə müsahibəsində Malayziyada keçirilən sərgidə iştirak edən Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalov deyib. 2017-ci ildə həmin maşınların serialı istehsalına başlamaq planlaşdırlır.

Nazir sərgidə əsas məqsədin yeni silah növlərinin istehsalı, müxtəlif məsafəli yer-yer, hava–yer , hava-hava raketlərinin Azərbaycana gətirilməsi, istehsalının təşkil edilməsi olduğunu söyləyib.

Malayziyanın Kuala Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı işə başlayıb. Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

Qaynarinfo.az