Xəbər lenti

Azərbaycan Ordusu zabitini itirdi
Ölkə06:15 16.07.2014

Azərbaycan Ordusu zabitini itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusunun leytenantı bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin zabiti, leytenant Vüsal Arif oğlu Qurbanov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, V.Qurbanov Babək rayonundan xidmətə çağırılıb.

Qaynar.info