Xəbər lenti

Azərbaycan Ordusunda silahlı İNSİDENT
Ölkə07:05 09.11.2013

Azərbaycan Ordusunda silahlı İNSİDENT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ordusunda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Vüsal Cəfərov tabeliyindəki avtomat silahla hərbçi yoldaşı, müddətdən artıq xidmət edən Məhəmmədəli Abbasovu güllələyib. Nəticədə ürək nahiyəsindən güllə yarası alan hərbçi ağır vəziyyətdə hospitala yerləşdirilib.
 
İlkin məlumata görə, hadisəyə hərbçilər arasında yaranmış mübahisə səbəb olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

Qaynar.info