Xəbər lenti

Azərbaycan Ordusunda silahlı insident: Ölən var - OLAY
Ölkə13:41 07.04.2014

Azərbaycan Ordusunda silahlı insident: Ölən var - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda əsgər hərbi hissə komandirinin müavinini və əsgər yoldaşını güllələyib.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib.

Güllə yarası alan əsgər İ. İsmayılov dünyasını dəyişib.

R. Əliyev isə ağır vəziyyət xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.  

Qaynar.info