Xəbər lenti

Azərbaycan Ordusunun əsgəri yaralandı
Ölkə07:16 03.12.2013

Azərbaycan Ordusunun əsgəri yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

APA-nın məlumatına görə, hadisə cəbhənin Xocavənd istiqamətində qeydə alınıb.
 
Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Əlisi Firdovsi oğlu Muradov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Qeyd edək ki, Ə.Muradov Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Qaynar.info