Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.
Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun mətbuat Xidmətindən bildirilib.
Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Eşqin Omarov Ağstafanın Aşağı Kəsəmən kənd sakinidir.