Xəbər lenti

Azərbaycan ordusunun hərbi hissələrində çöl çıxışları başladı (FOTOLAR)
Ölkə14:45 30.08.2018

Azərbaycan ordusunun hərbi hissələrində çöl çıxışları başladı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərində Azərbaycan ordusunun hərbi hissələrinin çöl çıxışları başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd döyüş zamanı şəxsi heyətin praktiki vərdişlərinin artırılması, atəş vasitələri və döyüş texnikasından düzgün istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi və bölmələrin dəqiq və qətiyyətlə idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.