Xəbər lenti

Azərbaycan Ordusunun kapitanı şəhid oldu - FOTO
Ölkə05:33 09.05.2016

Azərbaycan Ordusunun kapitanı şəhid oldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaralı zabitimiz dünyasını dəyişib.

Qaynarinfo.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Qaynarinfo.az