
Azərbaycanın hərbi qulluqçusu, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub.
Müdafə Nazirliyi mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, S.Axundov təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.
Nazirlikdən bildirilib ki, cəbhə xəttində baş verən son hadisələr zamanı şəhid olanlar və yaralananlar barədə məlumatlar, onların adları, soyadları, eləcə də hərbi sahədə dövlət sirri təşkil edən digər məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məqsədyönlü surətdə toplanılaraq paylaşılır: "Bəzi KİV-lər isə rəsmi məlumatlardan da başqa sosial şəbəkələrdə yayılan yanlış və dəqiqləşdirilməmiş xəbərlərdən istifadə edirlər ki, bu da məqsədəuyğun deyil".
Allah rəhmət eləsin!
Qaynarinfo.az