Xəbər lenti

Ölkə 19:54 29.01.2024

Azərbaycan Ordusunun zabitini qətlə yetirən şəxs həbs edildi

Azərbaycan Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Qaynarinfo-ya Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->