
Qaynar.info Ann.az-a istinadən xəbər verir ki, bu barədə oktyabrın 9-da Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər barədə məlumat verən Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib.
C.Məmmədov bildirib ki, polis əməkdaşları öz xidməti vəzifələrini seçki məntəqəsindən ən azı 100 metr aralı məsafədə yerinə yetirəcəklər. Seçkiyə aid materialların (protokolların, bülletenlərin) mühafizəsi təmin ediləcək. Çünki Seçki Məcəlləsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polisin səsvermə zamanı seçki məntəqəsində olması qadağandır.
Qaynar.info