Xəbər lenti

Azərbaycan polisindən nümunəvi davranış - Bir uşağı belə xilas etdi
Ölkə19:26 04.12.2016

Azərbaycan polisindən nümunəvi davranış - Bir uşağı belə xilas etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan polisi nümunəvi davranış göstərərək bir uşağın həyatını xilas edib.

Qaynarinfo.Az xəbər verir ki, Sadiqov Məhəmməd Şahin oğlu saat 21:30 radələrində atası Şahin Sadıqovun idarə etdiyi avtomobildə olan zaman sudurqa keçirib. Hadisə Zarat postu yaxınlığında baş verib. 

Uşağın vəziyyətinin ağırlaşdığını görən Baş Dövlət Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Allahverdiyev Ramil Vidadi oğlu ona ilkin yardım göstərdikdən sonra xidmətdə olduğu avtomobilə qoyaraq, Siyəzən rayon xəstəxanasına çatdırıb. Polis əməkdaşı bununla uşağın həyatını xilas edib.

Məlumatı Qaynarinfo.Az-a uşağın atası Şahin Sadıqov verib.

Qaynarinfo.Az